
İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri Aron Xaliva 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının İsrail ərazisinə daxil olduğu hadisələrlə bağlı məsuliyyət daşıdığına görə istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Hərbi kəşfiyyat idarəsinin rəisi, general-mayor Aron Xaliva qərargah rəisi ilə razılaşaraq, 7 oktyabr hadisələri ilə bağlı məsuliyyət daşıdığına görə kəşfiyyat idarəsinin rəisi vəzifəsindən istefa verib”, məlumatda bildirilib.
Məlumata görə, İsrailin müdafiə naziri Yoav Qalant bu qərarı təsdiqləyib. Yeni rəhbər təyin edildikdən sonra Xaliva İDF-dəki səlahiyyətlərini başa vuracaq.
Qeyd edək ki, 17 oktyabr 2023-cü ildə Xaliva bildirib ki, HƏMAS-ın İsrail ərazisinə daxil olması onun tam məsuliyyət daşıdığı departamentin uğursuzluğudur.