
Naxçıvan Şəhər İcra Hakimiyyətinə yeni müavin təyin edilib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Naxçıvan Şəhər İcra Hakiminin müavini, icra hakiminin səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Gülxanım Orucova icra başçısının müavini təyin olunub.
Bildirilir ki, o, bu gün kollektivə təqdim olunub.
Tətbiqimizi yükləyə bilərsiniz