İran prezidenti Pakistana getdi


İran prezidenti İbrahim Rəisi aprelin 22-dən 24-dək davam edəcək üç günlük rəsmi səfər üçün Pakistana gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Radio Pakistan” dövlət yayım korporasiyası məlumat yayıb.
Qeyd olunur ki, bu gün İran prezidenti Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcək. Eyni zamanda, nümayəndə heyəti səviyyəsində danışıqlar aparılacaq. Səfər çərçivəsində Rəisi Pakistan prezidenti Asif Əli Zərdari və İslam Respublikası parlamentinin yuxarı və aşağı palatalarının sədrləri ilə də görüşəcək. Bundan başqa, İran prezidenti Lahor və Kəraçiyə də səfər edəcək.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər zamanı İran-Pakistan əlaqələrinin möhkəmləndirilməsi və ticarət, rabitə, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafı müzakirə olunacaq. Tərəflər regional və dünyada baş verən hadisələri, həmçinin ümumi terrorizm təhlükəsi ilə mübarizədə ikitərəfli əməkdaşlığı nəzərdən keçirəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top