NATO Rusiya sərhədi yaxınlığnda təlimlərə başladı


Litva və Polşa hərbçiləri Suvalski dəhlizi bölgəsində NATO müttəfiqlərinin iştirakı ilə hərbi təlimlər keçirir.
Yeniavaz.com
xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.
Bildirilir ki, təlim iştirakçılarına NATO-nun müttəfiq bölmələri ilə əməkdaşlıqda müdafiə xarakterli hərbi əməliyyatların planlaşdırılması və aparılması üçün briqada səviyyəsində qərargahlara təlim keçmək tapşırılıb.
Təlimlərdə Jemaitia motoatıcı briqadasının və müttəfiq bölmələrinin 1500 əsgəri, həmçinin 200-ə yaxın hərbi texnika iştirak edir. Təlimlərdə Polşa bölmələri ilə yanaşı, ABŞ və Portuqaliya hərbçiləri də iştirak edir. Təlimlər aprelin 26-dək davam edəcək.
Qeyd edək ki, Suvalski dəhlizi Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno vilayəti ilə həmsərhəd olan Litva və Polşa arasında sərhədin 64 km-lik hissəsidir.

DİGƏR XƏBƏRLƏR

Top