
Türkiyədə güclü külək məscidin minarəsini aşırıb.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayılıb.
Hadisə Çankırı vilayətində baş verib. Belə ki, əsən güclü külək Bademlik məscidinin iki minarəsindən birini aşırıb. Hadisə nəticəsində ətrafdakı iş yerlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Sakinlərdən biri minarənin aşmasını anbaan lentə alıb.
Həmin kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz