ABŞ-də Ukraynya 61 milyardlıq yardımı nəzərdə tutan qanun qəbul edildi


ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollar məbləğində hərbi yardımın göstərilməsinə dair qanun layihəsini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, yardım əsasən Amerika hərbi-sənaye kompleksindən yeni silah sifarişləri üçün istifadə olunacaq.
Qeyd olunur ki, vəsait həm də Ukrayna ordusu üçün sursat və hava hücumundan müdafiə sistemlərinin alınmasına sərf olunacaq.
Paketdə həmçinin İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi və Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri də var.
Növbəti mərhələdə qanun layihəsinə Konqres Senatı baxmalıdır. Konqresin yuxarı palatasındakı Demokratlar fraksiyası artıq paketin dərhal təsdiqini təmin etməyə hazır olduğunu bildirib. Daha sonra imzalanmaq üçün prezident Co Baydenə gedəcək və qanuna çevriləcək. Ağ Ev hələ səsvermədən əvvəl bildirmişdi ki, qanun layihəsi rəsmi təsdiqi gözləmədən dərhal imzalanacaq.

DİGƏR XƏBƏRLƏR

Top