
“Biz Azərbaycan-Ermənistan Sərhədinin Delimitasiyası Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30 ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan razılığı alqışlayırıq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilir ki, birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət razılıq yekun sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır.