Respublika Pediatriya Mərkəzi yaradıldı – Direktor təyin edildi


TƏBİB-in tabeliyində Respublika Pediatriya Mərkəzi yaradılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Respublika Pediatriya Mərkəzinə Azər Əhmədov direktor təyin edilib.
Mərkəzin yaradılmasında məqsəd bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması, uşaq əhalisinin müalicə diaqnostika prosesinin vahid mərkəzdə təkmilləşdirilməsi, yeni xidmət növlərinin yaradılmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top