Qəzzada son 24 saatda 70-dən çox insan öldü


Son 24 saat ərzində 71 nəfər İsrail hərbçilərinin Qəzza zolağında şəhər və qəsəbələrə hücumlarının qurbanı olub, daha 106 nəfər isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“İsrail təcavüzünün 195-ci günündə ölənlərin sayı 33 min 899 nəfərdən 33 min 970 nəfərə, yaralanaların sayı isə 76 min 664 nəfərdən 76 min 770 nəfərə yüksəlib”, - məlumatda bildirilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlərin getdiyi bəzi ərazilərdə qurbanlar hələ də İsrailin hava hücumları zamanı dağıdılmış evlərin dağıntıları altındadır. Qeyd olunub ki, mülki müdafiə xidmətinin xilasediciləri onlara çata bilmirlər.

DİGƏR XƏBƏRLƏR

Top