Hindistan əhalinin sayına görə Çini keçdi


Hindistan əhalisinin sayına görə dünyada liderdir və hazırda onun əhalisi 1,442 milyard nəfər təşkil edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Birləşmiş Millətlət Təşkilatının (BMT) Əhali Fondunun hesabatında qeyd olunub.
Məlumata görə, Çin 1,425 milyard əhali sayı ilə ikinci yerdə qərarlaşıb.
Fond Hindistan əhalisinin artımını ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və ana ölümü səviyyəsinin azalması ilə əlaqələndirib.
Fondun hesablamalarına görə, 1990-cı ildə dünyada ana ölümlərinin 26%-i Hindistanın payına düşüb. Ancaq 2020-ci ildə bu rəqəm artıq 8% təşkil edib.
Tədqiqatçılar bu irəliləyişi ana sağlamlığı ilə bağlı xidmətlərin yaxşılaşdırılması ilə əlaqələndiriblər.
Hesabata görə, hazırda Hindistan əhalisinin 26%-i 10-24 yaş arasındadır, gözlənilən ömür uzunluğu 2023-cü ildə doğulan kişilər üçün 71, qadınlar üçün isə 74 yaş hesab edilir.
Mütəxəssislər bu əsrin sonuna qədər Çin əhalisinin 1 milyarddan aşağı düşəcəyini proqnozlaşdırırlar. Digər tərəfdən, Hindistan əhalisinin növbəti bir neçə onillikdə artmaqda davam edəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top