Tbilisidə yenidən parlament qarşısında aksiya başladı


“Xarici agentlər” haqqında qanun layihəsinin əleyhdarları yenidən Tbilisidə parlament binası yaxınlığında toplaşaraq bu təşəbbüsün qəbul edilməməsini tələb ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Etirazçılar Rustaveli prospektində parlamentin əsas girişində toplaşıblar. Prospekt bağlanıb. Etirazçıların bəziləri, o cümlədən Gürcüstanın “Rustavi 2” telekanalının keçmiş baş direktoru və Yeni Partiyasının təsisçisi Nika Qvaramiya deputatların və qanunvericilik aparatının üzvlərinin çıxdığı Çiçinadze küçəsində parlamentin xidməti girişindədir.
Onlar avtomobillərin çıxmasını qarşısını almağı planlaşdırsalar da, polis artıq onlara xəbərdarlıq edib ki, inzibati binaların giriş-çıxışlarını kəsməsinlər.
Qeyd edək ki, həftənin əvvəlindən Tbilisidə “Xarici agentlər” haqqında qanunun qəbuluna qarşı mitinqlər keçirilir. Bazar ertəsi etiraz aksiyası polislə toqquşmaya çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 14 nəfəri inzibati qaydada həbs etməli olub, onlardan 4-ü artıq zaminə buraxılıb.
Xatırladaq ki, aprelin əvvəlində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından və hakimiyyəti onun qəbulundan imtina etməyə məcbur etməsindən bir il sonra baş verib.
Qanun layihəsinə həm Gürcüstan Prezidenti Salome Zurabişvili, həm müxalifət, həm də diplomatik korpus, o cümlədən Aİ-nin Gürcüstandakı missiyası və ABŞ səfirliyi etiraz edib. Təşəbbüsün əleyhdarlarının fikrincə, qanun layihəsi Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına mane olacaq.

DİGƏR XƏBƏRLƏR

Top