Qəzzada ölənlərin sayı 33,8 mini keçdi


İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bu yana həlak olan fələstinlilərin sayı 33 min 843 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“Ötən il oktyabrın 7-dən Qəzzada İsrailin təcavüzü qurbanlarının sayı 33 min 843 nəfərə yüksəlib, 76 min 575 nəfər isə yaralanıb”, - məlumatda bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin qeyd edib ki, təkcə son 24 saat ərzində anklavda ölənlərin sayı 46, yaralananların sayı isə 110 nəfər olub.
Qeyd olunub ki, ölənlərin bəzilərinin cəsədləri dağıntılar altındadır, xilasedicilər və həkimlər hələ onlara çata bilmirlər.

DİGƏR XƏBƏRLƏR

Top