Ronaldonun cəzası məlum oldu


“Əl-Nəsr”in portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal”la oyunda qırmızı vərəqə aldığı üçün iki oyunluq cəza alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam Komitəsi Ronaldonun iki oyunluq diskvalifikasiyası ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, aprelin 9-da “Əl-Hilal”la matçın sonunda (86-cı dəqiqədə) Ronaldo rəqibinə dirsək vurduğuna görə qırmızı vərəqə alıb. Yarımfinal oyunu “Əl-Hilal”ın 2:1 qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Ronaldo 2 yanvar 2023-cü ildə illik 200 milyon avro müqavilə ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 25 oyun keçirib, 29 qol vurub, 10 məhsuldar ötürmə edib. Ronaldo Asiya Çempionlar Liqasında da 8 oyunda iştirak edib. Portuqaliyalı yarımmüdafiəçi bu oyunlarda 6 qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, 39 yaşlı forvardın müqaviləsi iki il müddətinə qüvvədədir.

DİGƏR XƏBƏRLƏR

Top