
2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ən azı 33 797 nəfər ölüb, 76 465 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin “Telegram” kanalında dərc olunan məlumatında bildirilib.
Nazirliyin məlumatına görə, son 24 saat ərzində Qəzzada 68 nəfər döyüş əməliyyatlarının qurbanı olub, daha 94 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə yerli tibb müəssisələrinə yerləşdirilib.
Tətbiqimizi yükləyə bilərsiniz