
Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti tezliklə bərpa olunacaq.
Yeniavaz.com İSNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran XİN-in sözçüsü Nəsir Kənani İran-Azərbaycan əlaqələri və Azərbaycanın Tehranda səfirliyinin yenidən açılması ilə bağlı suala cavabında deyib.
Kənani İran-Azərbaycan diplomatik fəaliyyətinin yenidən başlaması üçün müsbət addımlar atıldığnı qeyd edib və ötən ilin sonlarında Azərbaycanın diplomatik nümayəndə heyətinin bu ölkənin İranda səfirliyinin açılmasına hazırlıq işlərini araşdırmaq üçün Tehrana səfər etdiyini bildirib.
Digər tərəfdən, İran XİN-in sözçüsü İranın Azərbaycanda fəaliyyətdə olan səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddətinin başa çatdığını, bununla bağlı yeni səfirin seçilməsi prosesinin həyata keçiriləcəyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz