“İrəvan Bakı ilə sülh sazişi imzalamağa hazırdır” – Paşinyan


“Ermənistan Azərbaycanla razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişi imzalamağa hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra deyib.
“Mən həmkarıma Azərbaycanla aparılmış son danışıqları təqdim etdim və Ermənistanın artıq Ermənistan və Azərbaycan arasında razılaşdırılmış üç prinsip əsasında regionda sabitlik və sülhün bərqərar olmasına hazır olduğunu təsdiq etdim. Bu, 1991-ci il Almatı Bəyannaməsinin müddəalarına əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınması, Ermənistanla Azərbaycan arasında qarşılıqlı delimitasiyanın həyata keçirilməsi, habelə dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət prinsipləri əsasında regional infrastrukturların blokunun açılmasıdır”, - Paşinyan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top