
Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” hesabında məlumat dərc edib.
O bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə ölkəmiz tərəfindən qaldırılan ilkin etirazlara dair ictimai dinləmələr keçirəcək:
“Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir”.
Tətbiqimizi yükləyə bilərsiniz