
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfərə gedib.
Yeniavaz.com xəbr verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tokayevin təntənəli qarşılanma mərasimi Ermənistanın dövlət iqamətgahında baş tutub.
Məlumata görə, daha sonra Tokayev və Paşinyan danışıqlar otağına daxil olublar.
Qeyd edək ki, səfər zamanı Qazaxıstan liderinin Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və parlament sədri Alen Simonyanla da danışıqlar aparacağı planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz