“Yaxın Şərq geniş miqyaslı münaqişə astanasındadır” – BMT-nin Baş katibi


“Yaxın Şərq geniş miqyaslı münaqişə ərəfəsindədir, vəziyyətin gərginliyini azaltmaq üçün dərhal tədbirlər görülməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş İranın İsrailin hərbi obyektlərinə hücumu ilə bağlı çağırılan Təhlükəsizlik Şurasının iclasındakı çıxışında deyib.
“Yaxın Şərq dağıdıcı geniş miqyaslı münaqişənin real təhlükəsi ilə üz-üzədir. Gərginliyi və eskalasiyanı azaltmağın vaxtı çatıb. Yaxın Şərqdə böyük hərbi qarşıdurmaya səbəb ola biləcək hər hansı hərəkətlərdən qaçmaq həyati əhəmiyyət kəsb edir”, - deyə təşkilatın rəhbəri bildirib.
Quterreş həmçinin bildirib ki, regional və qlobal sülh və təhlükəsizlik hər saat məhvə məruz qalır.
“Nə region, nə də dünya yeni müharibələrə tab gətirə bilməz”, - deyə baş katib əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top