
“İranın İsrailin hərəkətlərinə qarşı strateji səbir siyasəti dövrü başa çatıb”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri İran Prezident Administrasiyasının rəhbəri İbrahim Rəisinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi sosial şəbəkə hesabında yazıb.
“Zəfərlə nəticələnən “Doğru vəd” əməliyyatının strateji mənası ondan ibarətdir ki, İranın İsrail rejiminin zərərli hərəkətləri qarşısında strateji səbr dövrü bitdi”, – siyasətçi bildirib.
O əlavə edib ki, qüvvələrin strateji balansı dəyişib və indi İran qüvvələrinə və obyektlərinə hücumlar birbaşa cavabla qarşılanacaq.
Tətbiqimizi yükləyə bilərsiniz