
Britaniya, Almaniya və Fransa səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat dərc olunub.
Bildirilib ki, İranın İsrailə reaksiyası ilə bağlı ilə bağlı bəzi Britaniya, Fransa və Almaniya rəsmilərinin məsuliyyətsiz açıqlamaları səbəbindən sözügedən ölkələrin səfirləri ayrı-ayrılıqda nazirliyə çağırılıb və Qərbi Avropa departamentinin rəhbəri tərəfindən qəbul ediliblər.
“Onlara sionist rejimin vətəndaşlarımıza və mənafeyimizə qarşı bir sıra hərəkətləri, o cümlədən ölkəmizin Dəməşqdəki səfirliyinə qorxaqcasına hücumu barədə məlumat verilib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz