Rəsmi Bakıdan İran və İsrail arasında artan gərginliyə – Reaksiya


“Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında dərc olunan bəyanatda deyilir.
“Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da destabilləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, - bəyanatda deyilir.
Xatırladaq ki, aprelin 1-də İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrail Hərbi Hava Qüvvələrinin İranın Suriyanın paytaxtındakı səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbə nəticəsində yeddi iranlı hərbi məsləhətçinin həlak olduğunu elan edib. Hücumun qurbanları iki SEPAH generalı və beş zabit olub.
Ötən gecə isə İran ordusu pilotsuz uçan aparatlar və müxtəlif tipli roketlərlə İsrail ərazisinə hücum edib. “The New York Times” İran Silahlı Qüvvələrinin İsrailə ümumilikdə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer tipli raketlə hücum etdiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top