MLS-in adi mövsümünün “Sportinq Kanzas Siti” – “İnter Mayami” matçının uzatma vaxtında azarkeşlərdən biri meydançaya girməyi bacarıb.
Yeniavaz.com xəbər verir ki, o, “İnter Mayami”nin hücumçusu Lionel Messiyə yaxınlaşıb.
O bunu bacarsa da, təhlükəsizlik işçiləri və argentinalı futbolçunun cangüdəni dərhal azarkeşi uzaqlaşdırıblar.
Belə ki, Messinin cangüdəni oyun davam edərkən azarkeşi dayandırmaq üçün meydançaya daxil olub.
Messi's bodyguard 😭😭😭
— All About Argentina 🛎🇦🇷 (@AlbicelesteTalk) April 14, 2024
pic.twitter.com/FtAnGTB6Fa
Qeyd edək ki, “İnter Mayami” “Sportinq Kanzas Siti”ni 3:2 hesabı ilə məğlub edib, Messi qol və ötürmə müəllifi olub.