
İranın İsrail ərazisinə hücumu nəticəsində yaralanan uşağın ölməsi barədə məlumat təkzib olunub.
Yeniavaz.com xəbər verir ki, məlumatı yayan şəxs – İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halper təkzib edib.
“Biz məlumatı dəqiqləşdirmişik ki, uşaq ölməyib, onun vəziyyəti ağırdır”, - diplomat bildirib.
***12:58
İranın İsrail ərazisinə hücumu nəticəsində yeddi yaşlı uşaq aldığı xəsarətlərdən ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib.
“Yeddi yaşlı uşaq yaralanıb və təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib”, - diplomat bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz