
İran İsrailə qarşı hərbi əməliyyatın başa çatdığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri elan edib.
O bildirib ki, lazım gələrsə, əlavə tədbirlər görməyə hazırdırlar.
“Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatdı, lakin silahlı qüvvələr hazırdır və lazım gələrsə, hərəkətə keçəcək”.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) komandanı, general Hüseyn Səlami bildirib ki, İran İsrailə qarşı uğurlu əməliyyat keçirib və pilotsuz təyyarələr yəhudi dövlətinin raketdən müdafiə sistemlərini üstələyə bilib.