
ABŞ prezidenti Co Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub, yəhudi dövlətinin qələbəsi ilə nəticələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
KİV yazır ki, Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbətində, İranın hücumu uğursuz olduğu üçün yəhudi dövlətinin bu günü qələbə hesab edə biləcəyini deyib. Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun üstün hərbi imkanlarını nümayiş etdirir.
Telekanal ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verir ki, Bayden Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz