İranın İsrailə hücumu: Nə baş verir? – Video


Ötən gecə İran ordusu pilotsuz uçan aparatlar və müxtəlif tipli roketlərlə İsrail ərazisinə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, “The New York Times” İran Silahlı Qüvvələrinin İsrailə ümumilikdə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer tipli raketlə hücum etdiyini yazıb.
CNN amerikalı rəsmilərə istinadən bildirir ki, ABŞ ordusu İranın İsrailə atdığı 70-dən çox PUA-nı, həmçinin 3 ballistik raketi zərərsizləşdirib.
İranın BMT-dəki daimi Nümayəndəliyi daha sonra “X” səhifəsində bəyanat yayıb və İsrailə hücumu “başa çatmış” elan edib.
İsrail ordusunun mətbuat xidmətii PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirdiklərini bəyan ediblər.

Qeyd edək ki, aprelin 1-də İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsrail Hərbi Hava Qüvvələrinin İranın Suriyanın paytaxtındakı səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbə nəticəsində yeddi iranlı hərbi məsləhətçinin həlak olduğunu elan edib. Hücumun qurbanları iki SEPAH generalı və beş zabit olub. İsrail hadisəyə görə heç bir rəsmi məsuliyyəti öz üzərinə götürməyib. Lakin İran rəsmiləri hücuma cavab verəcəklərini dəfələrlə bəyan ediblər.

DİGƏR XƏBƏRLƏR

Top