“Google” “Chrome”un ödənişli versiyasını buraxdı


“Google” şirkəti “Chrome” brauzerinin pullu versiyasının buraxıldığını elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
Məlumata görə, yeni “Chrome Enterprise Premium” təkmilləşdirilmiş təhlükəsizlik nəzarətləri ilə təchiz olunacaq.
“Chrome Enterprise Premium”un qiyməti bir istifadəçi üçün ayda 6 dollar olacaq. Yeni brauzer proqram yeniləmələrini və genişləndirmələrini idarə etməyə imkan verir, həmçinin bir neçə TCP protokolunu dəstəkləyir.
Əsas üstünlüklərdən biri də həm təsdiq edilmiş, həm də təsdiq edilməmiş proqramlar üçün məlumat sızması riskini azaltmağa kömək edən kontekst əsaslı giriş nəzarətidir.
Brauzer həmçinin SaaS və veb proqramlarına fasiləsiz giriş təmin edir. Təhlükələrin qarşısının alınması və məlumatların mühafizə edilməsi funksiyaları zərərli proqram və fişinqdən qorunma daxil olmaqla məzmunun qorunmasını təkmilləşdirmək üçün qismən süni intellektə əsaslanır.
Mütəxəssislər “Chrome Enterprise Premium”dan istifadənin generativ süni intellect platformalarında ünsiyyət qurarkən məzmun ötürülməsini 50% azaltdığını bildiriblər.
Digər tərəfdən, “Roche” biotexnologiya şirkətinin informasiya təhlükəsizliyinin rəhbəri qeyd edib ki, yeni brauzer quraşdırıldıqdan sonra bir neçə saat ərzində onlar əhəmiyyətli miqdarda korporativ məlumatı oğurlamaq cəhdini aşkar edə və dayandıra biliblər.

DİGƏR XƏBƏRLƏR

Top