
Türkiyənin TRT (“TRT Ərəb”) telekanalının ərəb xidmətinin çəkiliş qrupu Qəzza zolağında atəşə tutulub.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, hücum İsrail ordusu tərəfindən həyata keçirilib.
İsrail ordusunun Qəzza zolağındakı Nuseyrat Qaçqınlar Düşərgəsinə atəş açması nəticəsində aralarında “TRT Ərəb” komandasının da olduğu bir qrup jurnalist yaralanıb.
Tank atəşindən istifadə edilən hücumda operator Sami Şəhadənin ayağından və bədəninin müxtəlif yerlərindən yaralandığı bildirilib.
“TRT Ərəb” müxbiri Sami Berhum isə yüngül yara alıb.
Qeyd edək ki, Qəzza hökumətinin Media Ofisi İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda bu günə qədər 140 jurnalistin həyatını itirdiyini açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz