“Formula 1”də 2025-ci il üçün Azərbaycan Qran-Prisinin vaxtı açıqlandı


“Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.
Təqvimə görə, Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.
Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində baş tutacaq.
Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də olacaq.

DİGƏR XƏBƏRLƏR

Top