“Ukraynanın bərpası üçün 500 milyard dollar lazım olacaq” – Dünya Bankı


Ukraynanın bərpası üçün demək olar ki, 500 milyard dollara ehtiyac olacaq.
Yeniavaz.com
xəbər verir ki , bu barədə Dünya Bankının proqnozunda qeyd edilib.
Bankın proqnozuna görə, ölkənin yenidən qurulmasının tempi keçən illə müqayisədə 4,8%-dən 3,2%-ə qədər azalıb.
“Ukraynada yenidənqurma və bərpa işlərinin dəyəri 486 milyard dollara yüksəlib”, - maliyyə qurumu bildirib.
Qeyd edilib ki, bu məbləğ 2021-ci ildə Ukrayna iqtisadiyyatının həcmindən demək olar ki, iki dəfə çoxdur.
Dünya Bankına görə, bərpa tempi məhsuldarlığın aşağı olması və işçi qüvvəsinin çatışmaması ilə əlaqədar aşağı düşəcək.
Qeyd edək ki, bundan əvvəl Dünya Bankının keçmiş rəhbəri Robert Zellik Qərbi Rusiyanın aktivlərini ələ keçirməyə və bu açıq-aşkar iqtisadi alətdən istifadə etməyə çağırmışdı. Amerika Birləşmiş Ştatlarının Ukraynanın İqtisadiyyatının Bərpası üzrə Xüsusi Nümayəndəsi Penni Pritsker də bu təkliflə razılaşmış və bunun üçün işə çoxlu hüquqşünas cəlb etmək lazım olduğunun qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top