“Bakıda məğlub olmaq üçün mənə 300 min dollar təklif etdilər” - Frenk Çamizo


İtaliyalı sərbəst güləşçi Frenk Çamizo Bakıda məğlub olmaq üçün ona 300 min dollar təklif olunduğunu iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o bu iddia ilə “La Repubblica” qəzetinə müsahibəsində çıxış edib.
İkiqat dünya və dördqat Avropa çempionu Frenk Çamizo bildirib ki, keçən həftə Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində məğlub olmaq üçün ona 300 min dollar rüşvət təklif edilib.
“Mən bilirdim ki, mənə Bakıda çətin olacaq. Çünki rəqib meydanında güləşirdim. Mənə yaxınlaşıb məğlub olmaq üçün 300 min dollar pul təklif etdilər. Kim olduğunu demək istəmirəm, amma çəki ölçmə günü idi. Nə cavab verdim? Mən bu təklifi rədd etdim. Çünki mən təkcə özümü yox, İtaliyanı, federasiyamı, ordumuzu da təmsil edirəm. Sübut? Mən canlı sübutam. Mən baş verənləri şəxsən yaşamışam, sadəcə olaraq bir daha döyüşə baxın”, - italiyalı güləşçi bildirib.
Qeyd edək ki, Frenk Çamizo Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirinin final mərhələsində azərbaycanlı güləşçi Turan Bayramova məğlub olub. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Bayramov bununla Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top