Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi


Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib.
Yeniavaz.com
“News.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında bildirilib.
“Hadisə nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşı xəsarət alıb”, - bəyanatda qeyd edilib.
Bəyanatda Ermənistanın baş verən hadisədən təəssüfləndiyi bildirilib.
Həmçinin, bəyanatda bildirilib ki, daxili araşdırmanın nəticələrinə əsasən iddia edilən cinayətlə bağlı Ermənistanın İstintaq Komitəsinə müvafiq protokol təqdim edilib, orada cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Qeyd edək ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xndzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə, baş leytenant Rövşən Məmmədov yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top