Qızılın qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatdı


“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsidir) ticarət zamanı qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 2400 dolları ötüb.
Yeniavaz.com
xəbər verir ki, Bakı vaxtı ilə saat 05.00 üçün qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 2402,4 dollar (+1,75%) təşkil edib. Daha sonra isə qızılın qiyməti artımını bir unsiya üçün 2405,6 dollara (+1,88%) qədər sürətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top