“İran 24-48 saat ərzində İsrailə cavab verə bilər” – WSJ


İran İsrailin Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə hərbi zərbə endirməsi ilə əlaqədar İsrailə 24-48 saat ərzində cavab verə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə axşamı “The Wall Street Journal” (WSJ) mənbəyə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, İsrail İrandan şimaldan və ya cənubdan birbaşa hücuma hazırlaşır. Eyni zamanda, nəşr qeyd edir ki, Tehran hələlik yekun qərarını verməyib.
Qeyd edək ki, bundan əvvəl “Axios” portalı da mənbələrə istinadən xəbər vermişdi ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian almaniyalı həmkarı Annalena Berboka Tehranın İran konsulluğunun atəşə tutulmasına cavab verəcəyini, lakin vəziyyətin gərginləşməsinə səbəb olmamaq üçün cavab tədbirlərinin məhdudlaşdırılacağını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top