
“Aprelin 3-də Qara dənizdə Rumıniya səlahiyyətliləri tərəfindən aşkar edilmiş şübhəli pilotsuz dəniz vasitəsinin göyərtəsində yarım ton partlayıcı maddə olub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Naval News” portalı məlumat yayıb.
“Belə bir yük, xüsusən də limanda güclü partlayışa səbəb ola bilər ki, bu da limandakı bütün infrastruktur və gəmilər üçün son dərəcə təhlükəlidir”, - Rumıniya nəşrinə istefada olan komandir Valentin Mateiu deyib.
Qeyd edək ki, ötən həftənin sonunda tapılan dəniz vasitəsi Konstansa limanına aparılıb və demək olar ki, bütün günü orada qalıb. Onun uzunluğunun 10 metrə çatdığı bildirilib. İddia edilir ki, o, Ukraynaya məxsus olub.
Qayıq təlim poliqonuna aparılıb və ordunun və Rumıniya İnformasiya və Dövlət Təhlükəsizliyi Xidmətinin istehkamçıları tərəfindən partladılıb. Partlayış o qədər güclü olub ki, Konstansa şəhərinin bir çox sakini 112-yə zəng edib.
Tətbiqimizi yükləyə bilərsiniz