
“İran Dəməşqdə İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin öldürülməsinə cavab olaraq İsraildəki hədəflərə zərbələr endirməyi planlaşdıra bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“The Wall Street Journal”ın Amerika rəsmilərinə istinadən yazdığı kimi, ABŞ kəşfiyyatının hesabatları göstərir ki, İranın İsrailə hücumu qaçılmaz ola bilər.
“NBC News”un məlumatında görə, anonim Amerika rəsmiləri də aprelin 5-də bildiriblər ki, Ağ Ev İranın İsrail hədəflərinə mümkün hücumundan narahatdır. Onlar İranın İsrail daxilindəki hədəflərinin mülki şəxslərdən çox hərbi və ya kəşfiyyat qurğuları olacağını irəli sürüblər. Onların sözlərinə görə, Ağ Ev İranın müxtəlif mümkün cavab hərəkətlərinə cavab variantlarını nəzərdən keçirməyə başlayıb.