
İspaniya nəhəngi “Real Madrid” ötən gün – martın 9-da Çempionlar Liqasının 1/4 final mərhələsində doğma meydanında İngiltərə çempionu “Mançester Siti” ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, “Opta”nın statistik göstəricilərinə əsasən 3:3 hesabı ilə yekunlaşan oyunda “Real Madrid”in topa nəzarət nisbəti 38 faiz olub.
Qeyd olunur ki, bu klub tarixində üçüncü ən pis göstəricidir. Əvvəlki iki ən az topa nəzarətin olduğu oyunlarda da “Real”ın rəqibi yenə kataloniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi komandalar olub.
2011-ci ildə Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə qarşılaşmada (0:2) “Real Madrid” 24 faiz, 2014-cü ildə isə “Bavariya” ilə qarşılaşmada (1:0) 28 faiz topa nəzarət edə bilib.
Qeyd edək ki, “Mançester Siti” və “Real” arasında cavab oyunu aprelin 17-də keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz