
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Tbilisidəki səfiri Çjou Jian qarşılıqlı səfərlər zamanı iki ölkə vətəndaşları üçün vizasız rejim haqqında saziş imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Vizasız rejimin tətbiqi ilə bağlı bu gün imzalanmış saziş vətəndaşlarımızın Çinə gediş-gəlişini asanlaşdıracaq.Təbii ki, bu, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına yeni təkan verəcək”, - deyə Darçiaşvili sazişi imzaladıqdan sonra bildirib.
Səfir Çjou Jian isə öz növbəsində qeyd edib ki, vizasız rejim gürcü və çinli iş adamlarına daha çox imkanlar verəcək, onlar əməkdaşlıq məsələlərini müzakirə etmək və investisiya cəlb etmək üçün qarşılıqlı səfərlər həyata keçirə biləcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz