Paşinyan separatçıların Ermənistanda hakimiyyəti ələ keçirmək istədiklərini deyir


Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı keçmiş separatçı rejim rəhbərliyinin Ermənistanda çevriliş etmək istədiklərini deyib.
Yeniavaz.com
News.am-a istinadla xəbər verir ki, o bu barədə parlamentin iclasında danışıb.
Paşinyan bildirib ki, Qarabağdakı qondarma rejimin Azərbaycanı tərk edə bilmiş və Ermənistana köçmüş keçmiş “rəhbərlərindən bəziləri” Ermənistanda hakimiyyəti ələ keçirmək niyyətində olublar.
“Bu gün əlimizdə onların planının nə olduğunu göstərən materiallar var. Onlar planlaşıdırblar ki, əgər Qarabağda istədiklərini əldə edə bilməsələr, gəlib Ermənistanda hakimiyyəti ələ keçirsinlər”, - o deyib.
Ermənistan baş nazirinin sözlərinə görə, bu məqamda Ermənistan-Rusiya münasibətlərində baş verənləri anlamaq vacibdir:
“Tarixi Ermənistan-Rusiya münasibətlərindən real Ermənistan-Rusiya münasibətlərinə keçid var. Bu, bizim tarixi Ermənistandan həqiqi Ermənistana daxildə çevrilişimiz qədər ağrılı olur”.

DİGƏR XƏBƏRLƏR

Top