Rusiyanın Orenburq şəhəri yaxınlığında Ural çayında suyun səviyyəsi 931 sm-ə qalxaraq təhlükəli hesab edilən 930 sm həddi keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə meriyanın mətbuat xidməti məlumat yayıb.
“Orenburq postunun yaxınlığında Ural çayında suyun səviyyəsi 931 sm-ə yüksəlib ki, bu da təhlükəli həddən 1 sm yüksəkdir”, - mətbuat xidməti bildirir.
Qeyd edilib ki, axşam Orenburqda siren səslənib. Mer Sergey Salminin sözlərinə görə, bu, təlim yox, Orenburqda daşqın vəziyyətinin son dərəcə təhlükəli olduğuna işarədir.
Bölgə qubernatoru çayların səviyyəsinin qalxması ilə əlaqədar əhalini evakuasiyaya çağırıb.