
“İsrail Qəzza zolağında atəşkəs əldə etmək səylərini əngəlləyir”.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Fələstin radikal HƏMAS hərəkatının nümayəndəsi Sami Əbu Zuhri deyib.
Qeyd edək ki, aprelin 7-də Qahirədə Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında Qəzzada atəşkəsin yaradılması üçün dolayı danışıqların növbəti mərhələsi başlayıb və münaqişə tərəflərinə yeni atəşkəs təklifi təqdim edilib.
“Məqsədimiz Qəzzada müharibəni dayandırmaqdır. İsrail atəşkəslə bağlı razılaşma əldə etmək səylərinə mane olur”, - HƏMAS nümayəndəsi bildirib.
Onun sözlərinə görə, qruplaşmanın tələblərinə müharibənin dayandırılması, köçkünlərin şimala qayıtmasının qarşısının alınması, humanitar yardımın və tikinti materiallarının sərhəd keçid məntəqələri vasitəsilə Qəzza zolağına sərbəst daxil olmasının təmin edilməsi və İsrail qoşunlarının ərazidən çıxarılması daxildir:
“Lakin işğalçı dövlət bu tələblərin heç biri ilə razılaşmır ki, bu da danışıqların gedişinə mane olur. Türkiyə İsraillə mümkün saziş imzalanacağı təqdirdə onun həyata keçirilməsinin təminatçılarından birinə çevrilə bilər”.
Tətbiqimizi yükləyə bilərsiniz