Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “İdea” Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyi ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsinin şərtlərinə görə “İdea” Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyi işğaldan azad olunmuş ərazilərində (Şuşa rayonu istisna olmaqla) “Sahibsiz itlər üçün CNVR proqramı”nı həyata keçirəcək və qarşılığnda 9 min 625 manat alacaq.
Bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilə bir il müddətində – 9.04.2024-9.04.2025-ci il tarixlərində icra olunacaq.
Elnur Əli