
Hərbi əməliyyatlar başlayandan indiyədək 33,3 mindən çox insan İsrailin Qəzza zolağında hərbi əməliyyatlarının qurbanı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü nəticəsində indiyədək ölənlərin sayı 33 min 360 nəfərdir”, - məlumatda bidirilib.
Qeyd olunub ki, anklavın müxtəlif ərazilərinin atəşə tutulması və bombalanması zamanı 75 min 993 nəfər yaralanıb.
Bildirilir ki, təkcə son 24 saat ərzində İsrail ordusunun Qəzzaya hücumları nəticəsində 153 fələstinli həlak olub, 60 fələstinli isə yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz