
Amerikalı sahibkar və milyarder İlon Mask qurucusu olduğu “SpaceX”in beş il ərzində insanları Aya aparacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində dərc olunan sahibkar Nikolay Tangenlə müsahibəsində qeyd edib.
İnsanların Marsa göndərilməsinin vaxtı barədə də danışan Mask bunun 7-9 il ərzində mümkün olacağını bildirib.
Onun fikrincə, insanlar iki planetdə olduqdan sonra digər planetləri, hətta digər sistemləri də fəth edə biləcəklər.