Səudiyyə Ərəbistanına xiyar-pomidoru 20, sarımsağı 26 manata satırıq – Siyahı


Bu ilin yanvar ayı ərzində Azərbaycandan Səudiyyə Ərəbistanına 129,12 min dollar dəyərində meyvə-tərəvəz ixrac olunub.
Yeniavaz.com
xəbər verir ki, Səudiyyə Ərəbistanına ixrac olunan meyvə-tərəvəzin gömrük dəyəri digər ölkələrlə müqayisədə dəfələrlə yükəsək olub.
Müqayisə üçün bildirək ki, yanvar ayında Rusiyaya ixrac etdiyimiz pomidorun orta gömrük dəyəri 1,4 dollar (2,4 manat) olduğu halda, eyni dövrdə Səudiyyə Ərəbistanına ixrac olunan pomidorun orta gömrük dəyəri 12 dollar (20,4 manat) olub. Yaxud da, Qazaxıstana ixrac olunan almanın orta gömrük dəyəri 0,42 dollar (71 qəpik) olduğu halda, eyni dövrdə Səudiyyə Ərəbistanına ixrac olunan almanın orta gömrük dəyəri 11,6 dollar (19,8 manat) olub.
Bu ilin yanvar ayında Azərbaycandan Səudiyyə Ərəbistanına ixrac olunan meyvə-tərəvəzlərin 1 kiloqramının orta gömrük dəyəri aşağıdakı kimi olub:

Pomidor – 12 dollar (20,4 manat)
Sarımsaq – 15 dollar (25,7 manat)
Yerkökü – 10,3 dollar (17,5 manat)
Xiyar – 12 dollar (20,4 manat)
Badımcan – 11,7 dollar (20 manat)
Alma – 11,6 dollar (19,8 manat)
Heyva – 11,6 dollar (19,8 manat)
Nar – 11,8 dollar (20 manat)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top