
“Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-Hilal”la oyunda qırmızı vərəqə alıb.
Yeniavaz.com xəbər verir ki, oyunun 86-cı dəqiqəsində Ronaldo rəqib oyunçuya dirsəyi ilə zərbə endirib və buna görə meydandan xaric edilib.
Bundan sonra portuqaliyalı kapitan sarğısını açaraq hakimə tərəf yelləyib. Meydanı tərk edən zaman futbolçu hakimi alqışlayıb və azarkeşləri də buna sövq edib.
Oyunda “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gəlib.
Qalib komandadan Salem Əl-Dəvsəri və Malkom, məğlub komandadan isə Sadio Mane dəqiq zərbələri ilə fərqləniblər.
Final matçında “Əl-Hilal” “Əl-İttihad”la qarşılaşacaq.
Qeyd edək, 2 yanvar 2023-cü ildə Ronaldo illik 200 milyon avro ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 23 oyun keçirib, 26 qol vurub və 9 məhsuldar ötürmə edib. Ronaldo Asiya Çempionlar Liqasında da 8 oyunda iştirak edib. 39 yaşlı yarımmüdafiəçi 6 qol vurub və bir məhsuldar ötürmə edib.
Tətbiqimizi yükləyə bilərsiniz