“TikTok” tərtibatçıları yeni sosial şəbəkə istifadəyə verəcəklər


“TikTok” istifadəçiləri yeni “TikTok Notes” sosial şəbəkəsinin tezliklə istifadəyə verilməsi ilə bağlı bildirişlər almağa başlayıblar.
Yeniavaz.com
“TechCrunch” portalına istinadla xəbər verir ki, bu proqram istifadəçilərə öz “TikTok” hesablarında fotoları dərc etməyə, həmçinin, mövcud nəşrlərə baxmağa imkan verəcək.
Sosial şəbəkələrdə görünən skrinşotlar göstərir ki, istifadəçilər istəsələr, yeni funksiyadan istifadə etməkdən imtina da edə biləcəklər.
“TikTok” nümayəndələri jurnalistlərə yeni xidmətin işlənib hazırlandığını təsdiqləsələr də, hələlik dəqiq istifadəyə verilmə tarixini açıqlamayıblar.
Qeyd edəl ki, “TikTok” Çinin “ByteDance” şirkəti tərəfindən yaradılan qısa videoların yayımlanması üçün sosial şəbəkədir. Hər ay dünyada 1 milyarddan çox insan bu xidmətdən istifadə edir.

DİGƏR XƏBƏRLƏR

Top