
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Yeniavaz.com IFFHS-nin rəsmi saytına istinadla xəbər verir ki, “Qarabağ” klubu reytinq cədvəlində ötən cədvəllə müqayisədə 13 pillə irəliləyib.
Ötən ay 164,75 xalla 61-ci pillədə qərarlaşan komandamız bu ay 176,75 xalla planetin 48-cisi olub.
Reytinq cədvəlinə Azərbaycandan daha iki komanda daxil olub. Belə ki, 1 pillə irəliləyən “Neftçi” 62 xalla 377-ci, 4 pillə irəliləyən “Sabah” isə 58,75 xalla 413-cü olub.
Dünya reytinqinə 401 xalla İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” başçılıq edir. İspaniya təmsilçisi “Real” 332 xalla ikinci, İtaliya təmsilçisi “İnter” isə 311 xalla üçüncüdür.
Tətbiqimizi yükləyə bilərsiniz