Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası məsələsi müzakirə ediləcək


Ermənistan parlamenti müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə bu gün – aprelin 9-da Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan məlumat verib.
“Sessiyanın gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin aparılması məsələsi daxildir”, - o deyib.
“Ermənistan hərəkatı” fraksiyasından verilən məlumata görə, bu məsələnin müzakirəsi hakim “Mülki müqavilə” Partiyasının tələbi ilə bağlı qapılar arxasında keçiriləcək.
Məruzəçilər baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan olacaq.

DİGƏR XƏBƏRLƏR

Top